Çərşənbə, 15 May

Vanq Venbin: "Çin Rusiyanın müttəfiqi deyil. Putin təmkinli olmalıdır"

image

Rusiya prezidenti Vladimir Putinin Rusiyanın nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirmək qərarından sonra Çin bu ölkəni təmkinli olmağa çağırıb.

Xəbər verilir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin Pekində Putinin nüvə silahı ilə təhdid bəyanatını şərh edərkən bunları deyib: “Bütün tərəflər sakit, təmkinli olmalı və daha da gərginləşməyə yol verməməlidir”.

Çin sözçüsü bildirib k, Çin hərbi qarşıdurmanı aradan qaldırmaq və dinc siyasi həll yolu tapmaq üçün bütün səyləri dəstəkləyir.

O, Çin və Rusiyanın “strateji tərəfdaş” olduqlarını, lakin “müttəfiq” olmadığını vurğulayıb. Çin hər bir halda öz mövqeyini və siyasətini müəyyən edir.

Bu müharibəni bitirmək artıq Çindən asılı deyil. Əgər Çin Rusiya ilə ittifaqa girməsə, ona iqtisadi və hərbi yardım olmayacaq.

Çinin edə biləcəyi ən azı Rusiyanı təcavüzkar kimi tanımaqdır. Maksimum bacaracağı isə rusları BMT-dən, BMT Təhlükəsizlik Şurasından çıxarmaq və vetosunu əbədi olaraq əlindən almaqdır.

Çinin necə davranacağı çox şeydən asılıdır. Bu ölkə diktator Putini dəstəkləmədən cəmi bir günə müharibəni dayandıra bilərdi. Amma etmədi. Çin isə əməliyyatın müharibə olmadığı üçün passiv olduğunu bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00